Texnologiya 23:07 02.05.2018

Bu kriptovalyuta 60 min dollara yüksələcək (İDDİA)

"Goldman Sachs” tərəfindən maliyyələşdirilən "Circle” şirkəti Zcash-ı "Circle Invest” platformasına əlavə edəcəyini açıqlayıb.

Qaynarinfo kripto.az-a istinadən xəbər verir ki, martda bazara çıxarılan "Circle Invest” istifadəçilərə anlıq komissiyasız kriptovalyuta alış-veriş imkanı təqdim edərək "Coinbase” ilə rəqabət aparmağı hədəfləyir. Ticarət əməliyyatları arasında təxminən 1%-lik fərq olsa da, "Circle Invest” istifadəçilərindən komissiya haqqı almadığını iddia edir.

Bitcoin, Bitcoin Cash, Ethereum, Litecoin və Ethereum Classic-i dəstəkləcəyini bildirən "Circle Invest” yaxın vaxtda daha çox altcoin siyahıya alacağını bildirib. Növbəti kriptovalyutanın Zcash olduğu deyilir.

Platforma "Twitter” vasitəsilə bunları açıqlayıb:

"Salam, Zcash. "Circle Invest” ailəsinə yeni altcoin qatıldı və onu ala bilərsiniz”.

"Circle Invest”-in məhsul inkişaf meneceri Raşel Mayer bu ifadələri səsləndirib:

"Circle Invest” olaraq missiyamız investorların kriptovalyutalara müdaxiləsini daha demokratikləşdirməkdir. Siyahımızın gündən-günə böyüməsi məqsədimizi həyata keçirməyə imkan verir”.

Bitcoin-ə alternativ sayılan Zcash NSA opponenti Edvard Snovden tərəfindən tərtib olunub. O, Bitcoin=in təhlükəsiz olmağını iddia edir.

2018-ci ildə əvvəllərində "Grayscale Investment” tərəfindən dərc olunan hesabatda Zcash-ın 2025-ci ilədək 60 min dollara yüksələcəyi iddia edilmişdi.