Bu layihə insanları robota çevirəcək

Bu layihə insanları robota çevirəcək

İflic şəxsə kompüter və smartfonu şüur gücü ilə idarə edilməsinə yardımçı olmaq heç şübhəsiz xeyirli işdir. Bu sahə üzrə mütəxəssis Elon Maskın Neuralink startapı bu cür imkanın təqdim edilməsi istiqamətində çalışır.

Qaynarinfo technote-a istinadən xəbər verir ki, gələcəkdə hər şey heç də yaxşı olmaya bilər. Əsasən də beyin toxumaları tamamilə elektronika ilə əvəz edilsələr. Neuralink şirkətinin əsas məqsədlərindən biri də iflic insanlar üçün mikroçiplərin hazırlanmasıdır. Həmin mikroçiplər insan beyninə yerləşdirmək üçün nəzərdə tutulub. Bunun sayəsində isə insanlar kompüterləri və smartfonları şüur gücü lə idarə edə biləcəklər.

Gələcək perspektivdə isə bu texnologiya vasitəsilə fiziki məhdudiyyətli insanlar daha müstəqil ola biləcəklər. Lakin skeptiklər bu məsələdə o qədər də optimistik deyillər və onlar insan beyninə süni zəka çipinin yerləşdirilməsində müsbət cəhətlərdən daha çox mənfi cəhətləri görürlər. Bu barədə The Next Web saytı xəbər verib. Alimlərin planlarına əsasən kiçik prosessorlar insan beyni ilə qalınlığı 4-6 mikrometr olan xüsusi tellər vasitəsilə birləşəcəklər. Bu isə öz növbəsində beyin neyronları vasitəsilə analiz olunan məlumatların yazılmasını və xüsusi tətbiq vasitəsilə smartfona və ya kompüterə ötürülməsini mümkün edəcək.

Lakin skeptiklər narahatdırlar ki, alimlər öz təcrübələrində daha da irəli gedəcəklər və bu texnologiya hal hazırki dərrakə anlayışına son qoyacaq. Koqnitiv psixoloq olan Susan Schneider bildirib ki, əgər alimlər həmçinin beynin funksional toxumalarını elektronika ilə əvəz etməyə başlasalar, bu bir növ qeyri dönüş nöqtəsi olacaq. Hal hazırda bu prosesin necə və kimlər tərəfindən nizamlanacağı məlum deyil.

"Beyin toxumalarının 15%-nin əvəz olunması başqa, 75%-nin əvəz olunması ilə tamamilə başqa məsələdir” - deyə filosof Derek Parfit bildirib. Heç şübhəsiz bu texnologiya insan zəkasının imkanlarının genişləndirilməsinə təkan verə bilər. Bununla belə mütəxəssislər qeyd ediblər ki, onların bu texnologiyaları beyin üçün riskləri minimuma endirir. Mütəxəssislər ümid edirlər ki, gələcəkdə bu neyrointerfeys epilepsiya və iflic kimi xəstəlikləri müalicə etməyə imkan verəcək.

XƏBƏRLƏR
BLOGLAR