Dünya 11:43 22.09.2018

Bu ölkə aclıq səbəbindən yer üzündən silinə bilər

Son həftələrdə qida vəziyyətinin kəskin pisləşdiyi Yəməndə insanlar humanitar fəlakətlə qarşı-qarşıya qalıblar.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında BMT-nin hümanitar məsələlər üzrə sədr müavini Mark Loukok bildirib.

"Bir sözlə vəziyyət acınacaqlıdır. Aclığa qarşı mübarizədə uduzuruq. Aclıq səbəbindən qlobal ölümlərin qarşısın alınması mümkünsüz ola bilər".

Loukok Yəmən əhalisinin yarısından çoxunun (29 milyon əhalinin 18 milyonu) çəkinlik çəkdiyini, qida ilə tam təmin olunmadıqlarını bildirib və təcili yardım göstərilməsinin vacibliyini vurğulayıb.

M.Loukok ərəb dövlətlərini Yəmənə blokada vəziyyətini sonlandırmağa çağırıb.