"Azərbaycanda 15-dən çox Hindistan şirkəti fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən Hindistan-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, Hindistan Azərbaycanın 15 ən böyük tərəfdaşından biridir: "Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub. Azərbaycanda hindistanlı iş adamları üçün şərait yaradılıb".