Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Latviya Prezidenti Eqils Levits Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb. Dövlət başçısı Azərbaycana səfir təyin etdiyi Daynis Qarançsı etimadnaməsini təqdim edib. O, bu postda diplomatik missiyasının başa vuran Yuris Maklakovsku əvəzləyəcək.

Qeyd edək ki, Daynis Qarançs hazırda Latviya XİN-də İkitərəfli münasibətlər üzrə departamentə rəhbərlik edir. 1994-cü ildə xarici işlər xidmətində işə başlayan Daynis Qarançs Latviyanın Ukrayna, Özbəkistan, Polşa, Qazaxıstan və İsveçdəki səfirliklərində işləyib. Diplomat ingilis, rus, polyak və fransız dillərini bilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR