Ekonomiks 15:58 11.10.2017

Bu ölkə Bitcoin qarşılığında vətəndaşlıq verəcək

Avstraliyanın şərqində yerləşən Vanuatu təxminən 44 Bitcoin qarşılığında vətəndaşlıq haqqı verəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 200 min dollar qarşılığında vətəndaşlıq verən ölkə bundan sonra digital pul da qəbul edəcək və 43,64 Bitcoin qarşılığında vətəndaşlıq verəcək.

277 min nəfərin yaşadığı ada dövləti olan Vanuatu vətəndaşları 113 ölkəyə vizasız səyahət edə bilir. Bunlar arasında İngiltərə, Rusiya və Avropa Birliyinə daxil olan ölkələr də var. 

Vanuatu İnformasiya Mərkəzinin rəhbəri Ceyms Harris məsələ ilə bağlı açıqlama verərək bildirib ki, pul transferlərində kripto pullardan istifadədə müəyyən şübhələr var, lakin bunun tərsi də mümkündür. Kripto pul vahidi də istifadə edildiyi yerlərin müəyyənləşdirilə biləcəyi mühasibat arxivinə sahibdir.

Gülşən

Qaynarinfo.Az