Sakit okeanda yerləşən ada ölkəsi Papua və Yeni Qvineya "Facebook"u qadağan edir.

Qaynarinfo xəbər verir ki, kommunikasiya naziri Sam Basil sosial şəbəkənin insanlar üzərində təsirini dəyərləndirmək üçün bu addımı atdıqlarını bildirib. Nazir pornoqrafik və yalan məlumatlar paylaşan şəxsləri müəyyənləşdirəcəklərini vurğulayıb. Ölkədə "Facebook"a bənzər sosial şəbəkənin yaradılması da ehtimallar arasındadır.

Qadağanın noyabr ayında qüvvəyə minməsi gözlənilir və sadəcə 1 ay davam edəcək.

Qeyd edək ki, 8 milyon əhaliyə sahib Papua və Yeni Qvineyada xalqın sadəcə 10%-nin internetə girişi var. 

Gülşən