Dünya 12:28 08.02.2018

Bu ölkədə 164 general təqaüdə göndərildi

Əfqanıstan prezidenti Qani Əhmədzay ölkədə baş verən hücumların artması səbəbindən 2 general və 7 yüksək rütbəli zabiti işdən çıxarıb, 164 generalı isə təqaüdə göndərib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin sözçüsü Şah Hüseyn Murtəzavi açıqlama verib. O, vəzifəsindən sui-istifadə edən şəxslərin cinayət məsuliyyətinə cəlb edəcəyini bildirib.