Dünya 11:50 20.04.2013

Bu ölkədə ilk dəfə məscid tikildi!

Şimali Koreyanın paytaxtı Pxenyanda ilk dəfə olaraq məscid tikilib.

İran İslam Respublikasının KXDR-dakı səfirliyinin ərazisində məscid inşasından sonra paytaxt Pxenyandakı ibadət mərkəzlərinin sayı beşə yüksəlib.

Xatırladaq ki, İran üçün xarici səfirliklərində məscid tikmək ənənəsi heç də yeni deyil. Belə ki, İslam Respublikası öz Tokyodakı və İslamabaddakı səfirliklərində də eyni tipli ibadət mərkəzləri ərsəyə gətirib.

Ekspert Kurtis Melvin bildirib ki, KXDR-də digər müsəlman dövlətlərin səfirlikləri olsa da ilk məscid təşəbbüsü məhz İran tərəfindən irəli sürülüb. Melvin qeyd edib ki, səfirlik işçisi olmayan digər vətəndaşlar da səfirliyin icazəsi ilə məscidə gedə bilərlər, amma əlbətdə ki, məscid üçün zəruri olan İslam şərtlərinə əməl etməlidirlər.

Qeyd edək ki, Şimali Koreyada çox az sayda müsəlman yaşayır. Bu ölkədə dinə qarşı açıq qadağa olmasa da əhalinin çox az hissəsi açıq-şəkildə inancını ifadə edir. //İslamazeri.az

Qaynar.info