Ekonomiks 14:37 09.10.2018

Bu ölkədə inflyasiya faizi yarım milyona çatdı

Venesuelada son 1 ildə inflyasiya 488 min 865% olub.

Qaynarinfo xəbər verir ki, avqust ayında 223% olan inflyasiya sentyabrda 233%-ə qalxıb. Ölkə rəhbəri Nikolas Maduro avqustda pul vahidi bolivardan 5 ədəd 0-ın atılması barədə qərar qəbul edib. 

Mərkəzi bank və hökümət rəsmiləri iqtisadi informasiyaları artıq xalqla paylaşmır. İnflyasiya məlumatlarını müxalif partiyadan olan millət vəkili Anxel Alvarado yayımlayıb.

Qeyd edək ki, Venesuelada əhali yoxsulluq və aclıqdan əziyyət çəkir, ölkəni tərk edən insanların sayı milyonlarladır.

Gülşən