Dünya 19:26 28.11.2018

Bu ölkələrdə qadınlar evlənməyə kişi tapmır

Avstraliya qadınların kişilərdən çoxluq təşkil etdiyi ölkələrdən biridir.

Qaynarinfo xəbər verir ki, bu ölkənin böyük şəhərlərində 5 qadına 1 kişi düşür. Qadınlar əcnəbi kişilərin ölkələrinə gəlməsini istəyir.

Evlənməyə kişi tapmaqda çətinlik çəkən qadınlar əksər hallarda bunun üçün böyük şəhərlərdən kiçik qəsəbə və kəndlərə üz tutmalı olur. Tarixin ən az kişi olan ölkəsi adlandırılan Avstraliyada qadınlarla tanış olmaq üçün gələn əcnəbi kişilərə tətil biletləri həddi edilir.



Taylandda isə vəziyyət fərqlidi. Burda transseksuallar çoxluq təşkil etdiyindən qadınlar evlənməkdə böyük çətinliklərlə qarşılaşır. İstədiyi kimi kişi tapmaqda çətinlik çəkən taylandlı qadınlar ölkə xaricinə üz tutmalı olur.



Qadınların çoxluq təkşkil etdiyi ölkələrdən olan Monqolustanda arıq qızlar qəbul olunmur və evlənməkdə çətinlik çəkirlər. Dövlət bu səbəbdən arıq qadınlarla evlənən kişilərə müxtəlif formada dəstək verir. Hətta bəzi bölgələrdə kişilərə başlıq pulu da ödənilir.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!