Siyasət 23:35 25.06.2018

Bu ölkənin səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatır

Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin fəaliyyət müddəti başa çatır.

APA-nın məlumatına görə, bu barədə səfir Gürcüstan Respublikasının 100 illiyi ilə bağlı bu gün keçirilən qəbulda deyib.

O, Azərbaycanda 8 ildir səfir kimi fəaliyyət göstərdiyini qeyd edib.

Səfir Azərbaycanı ayın sonlarında tərk edəcək. Hələlik Azərbaycana yeni səfir təyin olunmayıb. 

Sosial səhifələrdə paylaş