Ölkə 20:27 06.11.2017

Bu məhsul idxalının gömrük rüsumlarından azad edilməsi 2 ay müddətinə uzadıldı

Nazirlər Kabineti "TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.

AzNews.az xəbər verir ki, Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.

Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

Qaynarinfo.Az