Video 00:04 24.05.2018

Bu məhsullar ucuzlaşacaq (VİDEO)

Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətlərinin zəifləməsi fonunda türk lirəsi son bir neçə həftə ərzində dollar qarşısında dəfələrlə ucuzlaşıb. Əgər türk lirəsi dollar qarşısında ucuzlaşıbsa, manat qarşısında da dəyərini itirmiş hesab edilir. Azərbaycana Türkiyədən qida, geyim məhsullarını idxal edildiyini nəzərə alsaq, həmin məhsulların qiymətində nə kimi dəyişiklik olacagı məsələsi gündəmə gəlir. Ekspertlər ucuzlaşmanın olacağını proqnozlaşdırırlar.

Xezerxeber.az-ın məlumatına görə, hazırda Türkiyədə 1 dollar 4.7-4.8 lirəyə bərabərdir.Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərinin korlanması vəziyyətin hələ bir müddət bu cür davam edəcəyindən xəbər verir. Azərbaycana Türkiyədən qida, geyim və digər məhsulların idxalını nəzərə alsaq, onların da qiymətinin dəyişməsini gözləmək olar.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, idxal məhsullarında qiymətin enməsi gələn ayın sonuna təsadüf edəcək. İlk növbədə, əvvəlki aylarda köhnə qiymətə alınan məhsulların tam istehlak edilməsi lazımdır.

Məlumdur ki, ölkəmizdən Türkiyənin kurort şəhərlərinə dincəlməyə gedənlərin sayı çoxdur. Turizmçilər deyir ki, lirənin dəyər itirməsi turizm sektoruna da təsir göstərəcək. Ekspert Valeh Cəfərov deyir ki, turpaketlərdə ucuzlaşma bir qədər gec yaşanacaq. Təbii ki, lirənin ucuzlaşması belə davam edərsə...

Proqnozların özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək.