Ekonomiks 23:00 04.04.2018

Bu məhsullar ucuzlaşdı

Bu gün Azərbaycanda əsas qiymətli metallar ucuzlaşıb.

Trend-in məlumatına görə, qızılın qiyməti ötən günlə müqayisədə 5,355 manat azalaraq 1 troy unsiyası üçün 2 270,061 manat təşkil edib.

Gümüş 0,1949 manat ucuzlaşaraq 1 unsiya üçün 27,9679 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 19,448 manat azalaraq 1 568,7345 manat, palladiumun qiyməti 1,8785 manat ucuzlaşaraq 1 582,8275 manat təşkil edib.