Ekonomiks 11:49 10.09.2013

Bu məhsullar ucuzlaşıb - SİYAHI

Dövlət Statistika Komitəsi 2013-cü ilin avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında statistik məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,8 faiz, o cümlədən diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3 faiz bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,8 faiz, qarğıdalının 0,2 faiz, arpranın 2,5 faiz, xiyarın 2,3 faiz, quru otun istehsalçı qiymətləri 5,6 faiz bahalaşmış, pomidorun istehsalçı qiymətləri 0,6 faiz, badımcanın 6,8 faiz, yaşıl lobyanın 6,6 faiz, kələmin 0,5 faiz, göyərtilərin 0,2 faiz, baş soğanın 1,0 faiz, qarpız və yemişin istehsalçı qiymətləri isə 22,6 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 0,9 faiz, çiyələyin istehsalçı qiymətləri 0,1 faiz bahalaşəb, armudun istehsalçı qiymətləri 0,1 faiz, şaftalının 2,2 faiz, alçanın 0,1 faiz, qoz və fındığın istehsalçı qiymətləri isə müvafiq olaraq 0,3 faiz və 4,8 faiz ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7 faiz, südün 0,6 faiz, diri qoyun və keçilərin 0,5 faiz, diri ev quşlarının 2,1 faiz, yumurtanın istehsalçı qiymətləri isə 34,4 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,3 faiz, camışın 0,6 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşıb.

Qaynar.info