Video 22:55 24.10.2018

Bu məktəbdə valideynlərə dərs keçilir (VİDEO)

Saatlının Qara Nuru kənd orta məktəbində uşaqlarla yanaşı valideynlərə də dərs keçirilir. Bu təklif müəllimlərdən gəlib . Həm məktəb rəhbərliyi, həm də valideynlər tərəfindən dəstəklənib. Təşəbbüsün səbəbi isə olduqca maraqlıdır.

Bəzilərivalideyn, bəziləri isə 65-70 yaşlarında nənə və babalardır. Onlar əllərinə dəftər -qələmalıb parta arxasında əyləşirlər.

İbtidai sinif şagirlərinin dərs müddəti başa çatandan sonra valideynlərin dərsləri başlayır.

BuraSaatlı rayon Qaranuru kənd ümümi orta məktəbidir.Məktəbinmüəllimlərimaraqlı təşəbbüs irəli sürüblər. Şagirdlərə tətbiq olunan dərs proqramı valideynlərə də tətbiq edilir. Məqsəd isə evə verilən tapşırıqlarda şagirdlərə valideynləri daha yaxşı kömək edə bilməsidir. Belə bir təşəbbüslə çixiş edənmüəllimələr bunun uşaqlar üçün böyük təsiri olduğunu deyirlər.

Məktəbdə dərslər yekunlaşdıqdan sonra şagirdlərin valideynləri və nənə babaları ələrinə dəftər qələm alaraq məktəbə üz tuturlar..Məktəb rədbərliyi tərəfində onlara həftənin cüt günləri məktəbin ibtidai sinif məllimləri tərəfindən Azərbaycan dili və riyaziyyat fənnlərindən dərslər keçirilir.

Onlarla keçirilən görüş zamanı gənc müəllimlərin bu təşəbbüsündən böyük məmnunluqlarını ifadə ediblər..Bəziləri parta arxasında oturmağın onlarda yenidən şagird olmaq hissini yaşatdığını bildirib..Odur ki, yaşalrının çox olmasına baxmayaraq öyrənməyin heç vaxt gec olmadığını deyirlər.Sinifin ən yaşlı şagirdi isə 72 yaşlı Zülfüqar Bayramovdur.

Saatlı Rayon Təhsil Şöbəsi də bu təşəbbüstə görə müəllimlərə və həmin məktəbə dəstək verib.

Təhsil şöbəsindən deyirlər ki, bu metodu digər məktəblərə də tövsiyyə edəcəklər.