Günay İlqarqızı

Blogger
Yazılar
2
Bu nəyin kafası, abi?

Bu nəyin kafası, abi?

Günay İlqarqızı

Son günlər "Instagram"ı nə vaxt açıram, qarşıma "Sevgi yoxdu, yalandı abi” mahnısını oxuyub-oynayan gənclər çıxır. Hətta buna bir adda qoyublar - "Tik-tok”. 

İşin ağlamalı tərəfi odu ki, adamlar sevginin olmadığını deyib, buna sevinə-sevinə oynayırlar.

Bu "Tik-tok” nə mənə şeydisə, böyüklü-kiçikli hamı ağlına nə gəldi yox, ağzına nə gəldi oxuyur, video çəkir, sosial şəbəkəyə yerləşdirib gözümüzü, beynimizi yorur. 

Ay bala, başa düşdüm həvəslisən, görürəm bu gedişnən müğənni olacaqsan (belə getsə ölkənin yarıdan çoxu müğənni olacaq), amma qadan alım, hələ ki, bu videonu özün üçün çək, telefonunda saxla, sonra arada bir özünə bax, gör necə görünürsən. Yox, madam bəyəndim deyirsən, di başla, al mikrafonu əlinə, bu meydan, bu şeytan de, bir qəşəng muğam oxu, bizdə deyək halaldı vallah kişinin oğluna, qızına...

Yazığın gəlsin bizə, öz gələcəyinə, nə bilim öz ailənə yazığın gəlmir, bizə yazığın gəlsin. Korlama bizim gəncliyimizi, korlama bizim gələcəyimizi. Axı bizə sağlam beyinlər lazımdır.

P.S. Dedim xalxın uşağından nəyim əskikdir, daha məndə qoşulacam bu "Tik-tok”a. Amma bacarmadım, çox mənasız və gülməli gəldi. İndi yazımı oxuyub sual verəcəksiniz, yox yekə-yekə nidalarnan yazacaqsınız, ruhun qocalıb biz buna nə edək. Mən siznən razı, ruhum qocalsın, amma bunları yaşamayım. Onda sizdə mənə cavab verin. Bəs sizdə elə özünüz demiş, "bu nəyin kafası, abi?”

OXŞAR XƏBƏRLƏR