Ölkə 18:10 12.12.2017

Bu prospektdə hərəkət məhdudlaşdırılır

Azadlıq prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

"Azəravtoyol” ASC-dən Qaynarinfo-ya verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi, prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.