Video 09:00 22.02.2019

Bu qadın 3 padişah, 12 prezident, 27 baş naziri görüb (FOTO/VİDEO)

Türkiyənin Brusa şəhərinin İnegöl rayonunda yaşayan Şükriye Bayramın 113 yaşı var.

Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, 113 yaşlı qadın indiyədək 3 Osmanıl padişahını, Türkiyə Cumhuriyyətinin isə 12 prezidenti və 27 baş nazirini hakimiyyətdə görüb.

Şükriye Bayram 1906-cı ildə - Osmanlı padişahı Sultan Abdulhamit (1876-1909) hakimiyyətdə olarkən dünyaya gəlib. V Muradı (1909-1918) və VI Muradı (1918-1922) taxtda görən 113 yaşlı qadın cumhariyyət dönəmində 12 prezident və 27 baş nazirini hakimiyyətə gəlib-getməsinin şahidi olub. O, həmçinin I və II Dünya, Balkan mübaribələrini və Qurtuluş savaşını görüb 

4 uşağı olan və nəvələri ilə onların uşaqlarının sayı 70-ə çatan Şükriye Bayramı ötən gün İnegöl kaymakamı Şükrü Görücü, həyat yoldaşı Nurşen Görücü və bələdiyyə sədri Alper Taban ziyarət edib. 113 yaşlı qadın son istəyənin prezident Rəcəb Tayyib Ərdoğanı görmək olduğunu bildirib. "Burdan ona səslənirəm, Tayyib oğlum, dünya gözü ilə bir dəfə səni görüm. Sən də məni gör. Allah səndən razı olsun. Mən həmişə sənə dua edirəm" deyə Şükriye Bayram bildirib.