Sənət 11:54 06.07.2014

Bu qaydalara əməl etməyin - SİYAHI

Moda dünyasında trendlər dəyişib inkişaf etdikcə, “dəbin qızıl qaydaları” hesab olunan müəyyən ümumiləşdirmələr də mifə çevrildi.

Qaynar.info-nun məlumatına görə, Buro 24/7 Azerbaijan dəbin 8 mifini təqdim edir:

Ağ paltarlara sərbəstlik
Ağ paltarlar Amerikada yay mövsümünün sonlarında qeyd olunan "Əmək günü"ndə geyinilib. Lakin bu, keçmişdə qalıb. Bəyaz yun paltolara, bej sviterə və ağ cins şalvarlarınızı ilboyu rahat şəkildə geyinə bilərsiniz.




Çanta ilə ayaqqabı rəngini uyğunlaşdırın
Qırmızı ayaqqabı ilə qırmızı çanta götürmək istəsəniz, sizə heç kim mane olmayacaq. Ancaq dəbli olmağa iddialısınızsa, hər dəfə çanta-ayaqqabı uyğunluğunu təkrar etməli deyilsiniz.




Printləri qarışdırmayın

Hazırda "streetstyle" trendlərindən biri və hətta ən vacibi printləri qarışdıra bilmək bacarığıdır. Nümunə olaraq, Covanna Battalya, Mişel Harper, Miroslava Dumanın stilini göstərmək olar.









Göy və qara rənglər uyğunlaşmır 
Klassik dəb miflərindən biri də göylə qara rəngin qarışmasının pis görünməyidir. Əgər elədirsə, qadınlar niyə belə şıqdırlar?


Pulcuq və metal detallı paltarlar ancaq ziyafətlər üçündür 
Bəli, bu da artıq mif hesab olunur. Qarderobunuzdakı pulcuqlu bluzları, metallik detallı qısa paltarları çıxarıb "basic" ətəkləri, gödəkçələri sadə ayaqqabılarla günün istənilən vaxtı geyinməyə hazır olun.


Uzun libasları və enli şalvarları geyinmək üçün hündürboy olmalısan
Müasir dövrdə bəstəboy stil ikonalarının aşdığı baryerlərdən ən vacibi məhz budur. Heç kəs boyuna görə kompleks keçirmir, indi kriteriya geyimin rəngarəngliyidir.




Açıq-burunlu ayaqqabılarla corab geyinmək olmaz
Bəzi məqamlarda corabla səndəl geyinmək həqiqətən qorxunc görünə bilər, lakin "məktəbli qız" obrazının maraqlı detalı olan ağ corabla açıq üstlü ayaqqabılar hazırda trenddir.






Qızılla gümüşü qarışdırmaq düzgün deyil
Göylə qara rənglərdə olduğu kimi qızılla gümüşü də qarışdırmaq olmaz. Müasir dəb isə bunu mif hesab edir.