Ölkə 23:38 18.09.2019

Bu qəza 1000-dən çox abonenti qazsız qoydu

Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən  verilən məlumata görə, qaz kəməri iki yerdən qırılıb. Nəticədə 3 yaşayış məntəqəsində 1000-dən çox abonentin qaz təminatı dayandırılıb.

Bildirilir ki, qazın verilişi üçün bərpa işləri sabah səhər saatlarında görüləcək.

Qeyd edək ki, avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində bir qadın hadisə yerində ölüb, bir kişi isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.