İdman 14:44 02.05.2013

Bu qız ildə 27 milyon dollar qazanır - FOTO

Rusiyalı tennisçi Mariya Şarapova növbəti dəfə dünyanın ən çox qazanan qadın idmançısı olub. 

Qaynar.info-nun məlumatına görə, "Forbes" jurnalı ən çox qazanan qadın tennisçilərin siyahısını hazırlayıb. Siyahıda 27 milyon dollarla ilk yeri rusiyalı raket ustası Mariya Şarapova tutub. 

Siyahının ikinci sırasında tennisçi Na Li 18.4 milyonla qərarlaşıb. 

İllik 16.3 milyon dollar gəlirlə danimarkalı qadın raket ustası Karolin Vozniaçki üçüncü yeri tutub. 

Qaynar.info