Ekonomiks 18:51 16.08.2019

Bu rayonlarda 2 gün qaz olmzayacaq

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq.

Bu barədə Qaynarinfo-ya "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Xəbərə görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan "Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.