"Borussiya" (Dortmund) - "Ştutqart" matçında "Faşist salamı" verən azarkeşin cəzası bəlli olub.
Fanat.az xəbər verir ki, Almaniya Futbol İttifaqı həmin fanata ağır cəza verib. Oktbyabrın 1-də "Signal Iduna Park"da baş tutan və "Borussiya"nın 6:1 hesablı qələbə qazandığı matçda qoruyucu səddə çıxaraq "Faşist salamı" verən azarkeş 4 il ərzində (2017-ci ilin 30 iyununadək) Almaniya ərazisindəki heç bir stadiona daxil ola bilməyəcək.
Qeyd edək ki, bənzər hadisə ötən il "Kayzerslautern"də baş vermişdi. Məğlubiyyətdən sonra komandanın məşqinə hücum edən fanatlar israilli futbolçu İtay Şesterə "Faşist salamı" vermiş və ona "pis yahudi" demişdilər.
Qaynar.info
Şərhlər