Ekonomiks 09:14 21.11.2017

Bu şəhərdə evə baxmağın qiyməti 900 min dollardır

Dünyada əmlak qiymətlərinin ən baha olduğu şəhər olan Honq Konqda evə baxmaq belə pulludur.

"Qaynarinfo" xəbər verir ki, şəhərin mərkəzində, plazaların yüksəldiyi bölgədə yeni inşa edilən "Viktoriya Harbor" kompleksində evlərə baxmaq istəyənlər 900 min dollar ödəməyə məcburdur.

"CNN Money"in xəbərinə görə, kompleksin sahibləri ev almaq istəyənlərdən ona baxmaq üçün 7 milyon Honq Konq dolları (900 min ABŞ dolları) tələb edir. Depozit olaraq ödənilən bu məbləğin bir hissəsi müştəri evi almadıqda geri qaytarılır, qalanı ödənilmir. Müştəriy evi gəzmək üçün 90 dəqiqə vaxt verilir. Depoziti ödəyənlər daha sonra evləri almaq üçün hərracda yarışır.

"Viktoriya Harbor" kompleksi şəhərin ən böyük daşınmaz əmlak milyarderlərindən olan Sun Hunq Kai Properties tərəfindən tikilib. Sahəsi 1200-1600 kvadrat metrdir olan evlərin qiyməti açıqlanmır. Amma eyni bölgədəki bənzər evlərin qiyməti 8,5 milyon dollardan satılır.

Aydın
Qaynarinfo.Az