Texnologiya 14:34 30.04.2017

Bu şəxs "Google" və "Facebook"a 100 milyon dollar ziyan vurdu - FOTO

ABŞ Ədliyyə Nazirliyi ötən ay dünyanın ən tanınmış 2 şirkətinə 100 milyon dollar zərər dəydiyini bildirmişdi.

"Qaynar" xarici KİV-ə istinadən xəbər verir ki, nazirlik həmin şirkətlərin adlarını açıqlamasa da "Fortune" onların "Google" və "Facebook" olduğunu yazıb.

İnternet nəhənglərini aldadan fırıldaqçının isə Litva vətəndaşı Evaldas Rimasauskas olduğu məlum olub. O, Asiyadakı texnologiya şirkətlərdən birinin mail, qəbz və şirkət damğalarını təqlid edərək böyük firmalara yalançı təkliflər göndərib. ABŞ şirkətləri də təlimatları izləyərək fırıldaqçının Litva, Şimali Kipr, Slovakiya, Macarıstan və Honq Konqdakı hesablarına on milyonlarla dollar pul göndəriblər.

"Facebook" sözçüsü hadisənin anlaşılmasından sonra hesaba köçürülən məbləğin bir hissəsini geriyə qaytara bildiklərini söyləyib.

"Google" da bənzər şəkildə aldadıldıqlarını təsdiqləyib.


Qaynar.Az