Hindistanda Ali Məhkəmə 18 yaşından kiçik qadınlarla cinsi əlaqəni "təcavüz" kimi qəbul edəcək.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, azyaşlı qızlara təcavüz hallarının tez-tez yaşandığı Hindistanda qanun hətta qızların həyat yoldaşlarına belə tətbiq ediləcək. İstənilən halda yaşı 18-dən aşağı qızlarla öz razılığı ilə baş vermiş cinsi əlaqə belə cinayət hesab ediləcək.
Bundan əvvəl bu yaş limiti 15 idi.
Qanunun qəbulunda əsas məqsəd qadın ticarətinin və azyaşlı qızların evləndirilməsinin qarşısını almaqdır.
Qadın hüquqları uğrunda mübarizə aparan aktivist Caqma Sanqvan bu barədə açıqlama verərək bildirib ki, ölkədə uşaq evliliklərinin sayı çox olduğu üçün qanunun icrası çətin olacaq.
Gülşən
Qaynarinfo.Az
Şərhlər