Azərbaycan prezidenti İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki,  Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə Əliyeva Bəstixanım İsgəndər qızı, Əliyeva Ruhəngiz Ağabala qızı, Quliyeva Sima Əhməd qızı, Sadıxova Nairə Hafiz qızı və Tağıyeva Xatirə Sətdar qızına "Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib.