Texnologiya 17:51 19.11.2017

Bu şirkət sahibi ilə çalışmaq dünyanın ən çətin işidir (FOTOLAR)

Əgər təzyiq altında işləməyi sevirəm deyirsinizsə, Elon Musk üçün işləməyi sınaqdan keçirməlisniz.
 
"Qaynarinfo” bildirir ki, "SpaceX"in Muskdan öncəki rəhbəri Dolli Sinqin fikrincı, Elon Musk təzyiq etmək baxımından tam bir mütəxəssisdir.
 
"Tesla Motors" və "SpaceX"in icraçı direktoru Elon Muskun yanında işləmək, onun komandasının bir üzvü olmaq heç asan deyil. Bunu edə bilmək üçün çalışdığınız sahədə həddindən artıq bacarıqlı olmalısınız. Üstəlik daim stress altında olmağa alışmalısınız. Çünki Muskun komandasına daxil olmaq həyatınızın daha da çətinləşəcəyi mənasına gəlir. Muska görə məhsuldar şəkildə çalışmağın ən yaxşı yolu işçinin özünü daim təzyiq altında hiss etməsindədir. Muskun prinsipinə çevrilmiş bu xüsusiyyət "Tesla"da da qayda olaraq qəbul edilib.

Şirkətdə mexanik test mühəndsi olaraq işləyən Ceyms Vonq "Tesla"da işə girmək üçün keçdiyi müsahibənin suallarını bir saytda paylaşıb. Müsahibəni dəhşətə çevirən o sualları sizə təqdim edirik:

1. Niyə "Tesla"?
 
Peşənizdə uğur qazanmış olmanız kifayət etmir. İşə nə dərəcədə bağlı olmanız da önəmlidir. Ona görə də bu sual içinizdəki bağlılığı tam üzə vurmağa kömək edəcək.
 
2. Bu sahədə işləmək üçün sizi motivasiya edən nədir?
 
Bu sual vasitəsilə öyrənilmək istənilən işinizə nə dərəcədə aşiq olduğunuzu üzə çıxarmaqdır. Sadəcə pul qazanmaq üçün çalışırsınız, yoxsa özünüzü bu işə həsr etmisiniz?
 
3. Şirkətin sahib olduğu alışqanlıqları dəyişdirmək üçün nələr edə bilərsiniz?
 
Planlarınızı, xəyallarınızı və təxəyyülünüzü ortaya çıxaracaq bir sualdır. 
 
4. Avtomobillər haqqında nə bilirsiniz?
 
Gördüyünüz işi yaxşı görməniz kifayət etmir. Sadəcə bir şurub da sıxacaq olsanız, avtomobillər haqqında ciddi biliklərə sahib olmalısınız. 
 
5. Üstündə çalışdığınız bir problem və bu problemi necə həll edəcəyinizə dair bir nümunə göstərin.
 
Bu tam bir yem sualıdır. Muska görə əgər bir problemi öz üsullarınızla həll etsəniz, hər detalı xatırlayarsınız.
  
6. Keçmiş müdiriniz və iş yoldaşlarınız haqqınızda nə düşünür?
 
Bu sualla həm insanın iş əlaqələrində necə olduğu, həm də daxil olduğu mühitdə necə təsəvvür yaratdığı ölçülür.
 
7. CV-nizdə yazdığınız hər şeylə bağlı detallar verməyiniz istənə bilər.
 
Bu yazdıqlarınızın nə dərəcədə doğru olduğunu ortaya çıxaracaq.
  
8. Dünyanın səthində bir yerdə dayanmısınız. Bir mil cənuba, bir mil qərbə, bir mil də şimala doğru üzmüsünüz. Son gəldiyiniz nöqtə ilk başladığınız nöqtə ilə eynidir. Bu halda harada olarsınız?
Bu sual Elon Muskun ən sevdiyi müsahibə sualıymış. İşçinin zəkasını və düşünmə istedadını birbaşa yoxlayan bu sualın əslində birdən çox cavabı var. Ancaq sualın əsas cavabı şimal qütbüdür. 
 
9. İçi su ilə dolu bir hövzədə qayıqda durmusunuz və yanınızda bir lövbər var. Lövbəri qayıqdan atdığınız an hövzədə suyun səviyyəsi yüksələr, yüksəlməz?
 
Bu sualın cavabı lövbərin həm ağırlığı, həm də zəncirinin uzunluğu ilə ölçülür. Əgər lövbər ağırdırsa, zənciri də qısadırsa, gərilən zəncir qayığı da batırarsa, suyun səviyyəsini də qaldırar. Amma zəncir uzun, lövbər yüngüldürsə, su səviyyəsində dəyişiklik olmaz. 
 
10. Mühəndislik proqramı haqqında suallar.
 
Primitiv mühəndislik biliklərinizi yoxlamaq məqsədi güdür. 
 
11. Burdan öncəki iş yerinizdə qrup şəklində həll etdiyiniz bir problemdən danışın.
 
Qrup halında işləməyə nə dərəcədə hazır olduğunuzu, qrupda hansı öhtəlikləri ala bildiyinizi ortaya çıxaracaq bir sualdır. 
 
12. Daim təkraralanan işləri necə həll edirsiniz?
 
Əvvəldə də dediyimiz kimi "Tesla"da işləmək həyatınızda stressin xüsusi yerinin olması deməkdir. Bu sual isə sizin stressə nə dərəcədə dayanıqlı olduğunuzu göstərir. 
 
13. Sizin kimi bir çox insanla qarşılaşdıq. Sizi onlardan fərqləndirən nədir?
 
Nərmin Həsənli
Qaynarinfo.Az