İdman 13:20 18.03.2014

Bu uşaq Messini tarixdən siləcək: 18 oyun, 128 qol

"Haydock"un formasını geyinən Ben Trueman hələ 7 yaşında olsa da, bütün dünyanın diqqətini çəkməyi bacarıb. 

Fanat.az xəbər verir ki, artıq Avropa mətbuatı onun gələcəkdə Lionel Messinin bütün rekordlarını alt-üst edərək, argentinalını futbol tarixindən siləcəyini iddia edir.

Bunun səbəbi isə Benin meydana çıxdığı 18 oyunda 128 qola imza atmasıdı. Onu bir çox klub heytində görmək istəsə də, ən çox əziyyət çəkən "Liverpul"du. İngiltərə klubu Maykl Ouendən sonra ən yaxşı statistikaya sahib olan Truemanı 5 yaşından izləyir və indi heyətinə qatmaq üçün bütün yollara əl atır. 

Benin atası Paul Trueman isə oğlu ilə bağlı bu sözləri deyir: "Ben sadəcə hər gün oynamaq istəyir və həmişə meydanda bütün bacarığını ortaya qoyur. Hər zaman topun ardınca üzündəki gülüş ifadəsi ilə qaçır. Topu çox sevir, hətta evə də topla gəlir".

Qaynar.info