Ölkə 12:10 10.10.2017

Bu yaşayış massivlərində iki gün işıq olmayacaq (XƏBƏRDALIQ)

Oktyabrın 10-12-də 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

 "Qaynarinfo" Lent.az-a istinadən bildirir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən xəbər verilib.

 Bildirilib ki, fasiləyə səbəb ”Azərenerji” ASC-yə məxsus 110 kV-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləridir.

Qaynarinfo.Az