Avropaın böyük klubları transfer bazarında fəallığını yavaş-yavaş artırır. Ötən gün iki bahalı transfer baş tutdu. Kriştiano Ronaldo "Real"dan "Yuventus"a, Riyad Mahrez "Lester"dən "Mançester Siti"yə transfer olundu.

Hazırda Ronaldo 112 milyon avro qiymətlə yayın ən bahalı transferidi. Onu Tomas Lemar izləyirsə, Mahrez 3-cü pillədə qərarlaşıb.

Qaynarinfo bu yay baş tutmuş ən bahalı 10 transferi təqdim edir:

1. Kriştiano Ronaldo ("Real"an "Yuventus"a) - 112 milyon avro
2. Tomas Lemar ("Monako"dan "Atletiko"ya) - 70 milyon avro
3. Riyad Mahrez ("Lester"dən "Mançester Siti"yə) - 67.8 milyon avro
4. Nabi Keyta ("Leypsiq"dən "Liverpul"a) - 60 milyon avro
5. Fred ("Şaxtyor"dan "Mançester Yunayted"ə) - 59 milyon avro
6. Fabinyo ("Monako"dan "Liverpul"a) - 50 milyon avro
7. Viniçius Junior ("Flamenqo"dan "Real"a) - 45 milyon avro
8. Joao Kanselo ("Valensiya"dan "Yuventus"a) - 40 milyon avro
9. Duqlas Kosta ("Bavariya"dan "Yuventus"a) - 40 milyon avro
10. Radya Naynqqolan ("Roma"dan "İnter"ə) - 38 milyon avro