Dünya 09:00 16.02.2018

Bu yerlərə gedənlər sağ qayıtmır (FOTOLAR)

Əgər yetərincə istəyiniz və pulunuz varsa, istədiyiniz yerə səyahət edə bilərsiniz. Amma dünyada bəzi yerlər var ki, nə qədər pulunuz olursa-olsun, heç vaxt ora gedə bilməyəcəksiniz. Qaynarinfo heç bir turistin buraxılmadığı 4 yerlə bağlı məlumatları təqdim edir.

1. Surtsey adası 
Qadağanın səbəbi - Elmi təcrübələr



1963-cü ildə İslandiya sularında bir sualtı vulka püskürüb və 2,7 kvadrat km-lik ada yaranıb. Bura tezliklə müxtəlif ölkələrdən elm adamlarının diqqətini çəkib. Adını mifoloji xarakter olan atəş divlərinin lideri Surtrdan alan Surtsey adası elmi məqsədlər istifadə edilir və turistlərin girişi qadağandı.

2. İlha da Queymada Qrande 
Qadağanın səbəbi - Zəhərli ilanların çox olması



Braziliya sahillərindən 35 km uzaqlıqda yerləşən İlha da Queymada Qrande kənardan həqiqi bir cənnət kimi görünür. Amma bu adaya səyahət etmək həyatınıza son qoymaq olar. Çünki ada zəhərli ilanlarla doludur. 43 km-lik ərazidə təxminən 4000 ilanın olduğu ehtimal edilir. Bunların ən təhlükəlisi Bothrops Insularis hesab olunur. O dişlədiyi zaman insanın anında ölümünə səbəb olur. Bu səbəbdən Braziliya rəhbərliyi eyni zamanda "İlan adası" adlandırılan İlha da Queymada Qrandeyə turist səfərlərini qadağan edib.

3. Şimali Sentinel adası 
Qadağanın səbəbi - Aborgenlərin hücumları



Benqal körfəzindəki adalardan bir olan Andaman adaları təhlükəli Sentibelese aborgenlərinin evidir. Bu xalq inkişafdan tamamilə kənarda qalaraş hər hansı müdaxiləyə sərt reaksiya göstərir. Alimlərin fikrincə, onlar 60 min ildir modern həyatdan uzaqda yaşayırlar. Bu insanlar aktiv olaraq öz bölgələrini qoruyurlar. Məsələn, 2004-cü ildə baş verən sunamidən sonra adalar arasında uçaraq yerli xalqdan ehtiyaclarının olub-olmadığını soruşan bir Hindistan helikopterini oxlarla vurmuşdular. Son qurbanları isə balıqçılar olub. Hindistan rəhbərliyi insanları Sentinelese yerlilərindən və onların bölgələrindən uzaq durmağa çağırıb. 

4. İse Böyük Məbəd, Yaponiya
Qadağanın səbəbi - Sadəcə elit insanlar üçündür



Ölkənin ən önəmli məbədi - məbədlər topluluğu olan İse Jinqu. Əsas məbəd yüksək taxta hasarla əhatəyə alınıb və sadəcə yüksək rütbəli din adamları ilə kral ailəsinin üzvləri girə bilir. 1945-ci ilə qədər İseyə girmək daha çətin idi. Məbəd Miyaqava çayı ilə əhatəyə alınmış və bu çay müqəddəs torpaqları digər ərazilərdən ayıran bir vasitə idi. Çayı keçmək keşişlər üçün yasaq idi. İnanca görə, insanları çayı keçməsi məbədin müqəddəsliyini pozacaq və bütün Yaponiya bundan ziyan çəkəcəkdi.

5. Qruinard adası 
Qadağanın səbəbi - Bioloji silah sınaqları



1942-ci ildə İngiltərə hökuməti bioloji silahları, xüsusən də şarbonu test etmək üçün şotland adası Qruinardı satın alıb. Təcrübələr zamanı şarbonun bölgədə uzun müddət ekoloji kirlənməyə səbəb olduğu və ölümlərin 95 faizinə səbəb olduğu ortaya çıxıb. 1980-ci illərədək ada Yer kürəsindəki ən ölümcül yerlərdən biri idi. 1986-cı ildə adanın təmizlənməsi başlayıb və 1990-cı ildə Qruinard ekoloji cəhətdən təmiz elan edilib. Amma yenə də ora heç kim buraxılmır. Alimlər şarbon parçalarının torpaqda qaldığını, bu səbəbdən adanın yüz illər ərzində yaşayış üçün təhlükəli olduğunu bildirib.

Aydın