Ölkə 22:54 22.11.2017

Bu yolda hərəkət bərpa olunur

Binəqədi şosesində bu gecədən etibarən hərəkət bərpa olunur.

Qaynarinfo-nun xəbərinə görə, "Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb.

Onun sözlərinə görə, bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.