Ölkə 23:12 17.07.2018

Bu yolda təmir başa çatır

Bakının Xətai rayonu ərazisindəki Ukrayna dairəsində başlanan təmir işləri başa çatmaq üzrədir. Modern.az xəbər verir ki, bunu "Trend”ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq dairənin bir hissəsində təmir işləri tam başa çatıb: "Dairənin Məhəmməd Hadi küçəsi, Neapol dairəsi və Gəncə prospekti ilə kəsişmə hissəsində təmir işləri yekunlaşıb. Həmin hissə sürücülərin istifadəsinə verilib. Hazırda Fəhlə prospektinə çıxış hissədə asfaltlanma işləri gedir. İyulun 19-da təmir işləri tam başa çatacaq və dairə tam olaraq istifadəyə veriləcək".

Xatırladaq ki, Xətai rayonu ərazisindəki Ukrayna dairəsi iyulun 12-də təmirə bağlanıb. Dairənin asfalt beton döşəməsi yenilənir.