Dünya 09:52 19.10.2018

Buddist rahibə 130 il həbs verildi

Taylandlı buddist rahib Virapol Sukfon barədə növbəti hökm verilib.

Qaynarinfo xəbər verir ki, insanlardan ianə adı altında külli miqdarda pul toplayan rahibə daha əvvəl 114 il həbs cəzası verilmişdi. Azyaşlılara qarşı cinsi zorakılıqda da ittiham edilən din xadiminin cəzasına 16 il də əlavə edilib və onun həbs dövrü 130 ilə çatıb.

Qeyd edək ki, 2013-cü ildə Virapolun əlində külli miqdarda pulla şəxsi təyyarə ilə səyahətinin videosu yayılmış, daha sonra ABŞ qaçmışdı. O, 2017-ci ildə Taylanda təhvil verilib.

Gülşən