İdman 15:42 17.05.2013

Buffon "Şaxtyor"a gəlir

Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Mirça Luçesku klubun hazırki qapıçısı Andrey Pyatkovdan narazıdır. 

İdman24.az-ın məlumatına görə, Luçesku yeni mövsüm üçün qapıçı axtarışına çıxıb. 

Ruminiya mətbuatı baş məşqçinin növbəti mövsüm Çempionlar Liqasında uğur qazanmaq üçün İtaliya və "Yuventus"un qapıçısı Canluici Buffonla danışıqlara başladığını bildirib. 

Məlumatda bildirilib ki, danışıqlara baxmayaraq, Buffonla hələ razılıq əldə olunmayıb. Çünki 35 yaşlı qapıçının hələ "Yuventus"la iki illik müqaviləsi var. 

İdman24.az