İdman 14:18 26.06.2019

Buffon "Yuventus"a qayıdır

PSJ-nin sabiq qolkiperi Canluici Buffon "Yuventus"a qayıtmağa yaxındı.

Qaynarinfo xəbər verir ki, jurnalist Canluka Di Martsionun məlumatına görə, Buffon Turin klubu ilə danışıqlar aparır. O, Voyçex Şçensnının əvəzedicisi olmağa hazırdı.

Buffon 2018-ci ilin yayında azad agent kimi PSJ-yə keçmişdi. Liqa 1-də 17 matçda meydana çıxan 41 yaşlı qapıçı Paris klubunun heyətində ölkə çempionatının qalibi olmuşdu.

Qeyd edək ki, Buffon 2001-2018-ci illər aralığında "Yuventus"un qapısını qoruyub.