Ekonomiks 23:45 26.08.2013

“Bulla-Dəniz” yatağında yanğın yenidən başladı


Hələlik yanğını söndürmək mümkün olmayıb


Azərbaycan Dövlət Neft Şirkəti avqustun 17-də güclü yanğın baş vermiş “Bulla-Dəniz” yatağında qaz quyusunun söndürülməsi istiqamətində texniki işləri davam etdirir.

Qaynar.info-nun Turan agentliyinə istinadən verdiyi məlumata görə, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov bu gün jurnalistlərə bildirib ki, hələlik yanğını söndürmək mümkün olmayıb.

Turan agentliyində olan məlumata görə, SOCAR FHN-lə birgə şənbə günündən quyunun yanğın nəticəsində ziyan dəyən üst tikilisini təmizlənib. Alov qısa müddətə söndürülsə də güclü təzyiq nəticəsində yenidən yanğın baş verib.

Hazırda Dövlət Neft Şirkətinin mütəxəssisləri yanğını söndürmək üçün başqa üsullar üzərində işləyir.

Əsas məqsəd qazmanın 5 868 metrlik kəşfiyyat quyusunu xilas etməkdir.

Qaynar.info