Ekonomiks 21:20 29.10.2014

“Bulvar” dənizə doğru genişlənəcək" - AÇIQLAMA

“Dənizkənarı Bulvar dənizə doğru 70-100 metr genişləndiriləcək”.

Bunu aznews.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvarın Şıx çimərliyindən Zığ qəsəbəsinin ərazisinədək uzadılması üçün sahil bərkitmə işləri həyata keçiriləcək, Böyük Şor gölü ilə Xəzər dənizi arasında ekoloji dəhliz-yaşıl zolağı yaradılacaq.

Cahangir Qocayev qeyd edib ki, Bakının Regional İnkişaf Planında turizm məqsədilə su hövzələrinin təmizlənməsi və regional parklara çevrilməsi də nəzərdə tutulub.

“İnkişaf Planında sanatoriya-müalicə və istirahət mərkəzlərinin bərpa edilməsi və müasirləşdirilməsi də yer alıb. Bu Plan təsdiq olunarsa, Bibiheybət qəsəbəsi müasir zona kimi inkişaf etdiriləcək. Bundan başqa şəhərin mərkəzindəki tarixi abidələrin mühafizəsi məqsədilə Şəhər Mühafizə Zonası yaradılacaq. Masazır və Hökməlinin yaxınlığındakı palçıq vulkanlarının ətrafında bufer zonaları salınacaq”, - deyə C.Qocayev əlavə edib.

Qaynar.info