Dünya 12:49 26.07.2013

Burada ölüləri kərkəslərə yedirirlər - FOTOLAR

Çinin Tibet, Qinqay və Monqolustanın Daxili Monqolustan əyalətlərində yaşayan və Vajrayna Buddizminə inanan insanların ölüləri kərkəslərə yedirdikləri görüntüləri ortaya çıxıb.

Qaynar.info-nun məlumatına görə, görüntülər ilk dəfə xarici turistlər tərəfindən çəkilib.

İnanca görə, kiçik heyvanların kərkəslər tərəfindən yeyilməsinin qarşısının alınması üçün belə bir addımın atıldığı bildirilir.

Cəsədlər Səssizlik Qülləsi adlanan yerdə buddist rahiblər tərəfindən doğranaraq kərkəslərə atılır. Kərkləslərin yeyə bilmədiyi sümüklər isə toza çevrilərək başqa yemlərə qatılıb qarğa və digər quşlara verilir.

Qaynar.info