Ölkə 20:46 06.05.2013

Buraxılış imtahanlarında "üç" almaq nisbətən çətinləşdi

Tələbə Qəbulu üzrə Dövlət Komisisyası "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları"nda dəyişikliklər edib.

Komissiyadan verilən məlumata görə, tam və orta təhsil bazası üzrə keçirilən buraxılış imtahanlarında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 0-7 suala düzgün cavab verdikdə şagirdlərin biliyi "iki" ilə qiymətləndiriləcək. Ötən il isə şagirdlər 0-4 suala cavab verdikdə "iki alırdılar. Bununla yanaşı, artıq 11-ci sinif şagirdləri "üç" qiyməti almaq üçün ana dilindən 8-17, rus dilindən 8-16 suala cavab verməlidirlər. Ötən il isə 11-ci sinif şagirdləri şagirdlər ana dilindən 5-16, riyaziyyat fənnindən isə 5-15 suala düzgün cavab verdikdə "üç" qiyməti alırdılar. 11-ci sinif şagirdləri "dörd" qiyməti almaq üçün ana dili fənni üzrə 18-25, riyaziyyat fənni üzrə 17-24, "beş" qiyməti almaq üçün isə ana dili fənni üzrə 26-30, riyaziyyat fənni üzrə 25-30 suala düzgün cavab verməlidirlər.

9-cu sinif şagirdləri ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 0-7 suala düzgün cavab verdikdə şagirdlərin biliyi "iki" ilə qiymətləndiriləcək. Ötən il isə şagirdlər 0-4 suala cavab verdikdə "iki" alırdılar. 9-cu sinif şagirdləri "üç" qiyməti almaq üçün ana dilindən 8-16, rus dilindən isə 8-16 suala düzgün cavab verməlidirlər. Ötən il isə 9-cu sinif şagirdləri ana dilindən 5-14, riyaziyyat fənnindən 5-14 suala düzgün cavab verdikdə "üç" qiyməti alırdılar. 9-cu sinif şagirdləri "dörd" qiyməti almaq üçün ana dili fənni üzrə 17-23, riyaziyyat fənni üzrə 17-21, "beş" qiyməti almaq üçün isə ana dili fənni üzrə 24-30, riyaziyyat fənni üzrə 23-30 suala düzgün cavab verməlidirlər. //Ann.az//

Qaynar.info