Dünya 12:38 24.04.2013

Buraxılış imtahanlarının vaxtı məlum oldu

Azərbaycanda buraxılış imtahanları iyunun ilk iki həftəsi ərzində keçiriləcək. 

APA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının dəqiq tarixlərinin gələn həftə ərzində elan edilməsi nəzərdə tutulur.

TQDK sədri deyib ki, orta məktəblərdə buraxılış imtahanları bu il rayon mərkəzləri ilə yanaşı, şagirdləri çox olan böyük kəndlərdə də keçiriləcək: “Biz çalışacağıq ki, iki həftə ərzində buraxılış imtahanlarının keçirilməsini yekunlaşdıraq. Bu il buraxılış imtahanları ötən ilki model əsasında keçiriləcək”.

Qaynar.info