Dünya 18:05 08.02.2013

Buşun e-mail ünvanını dağıtdılar

Amerikalı haker keçmiş prezident ata Corc Buşun və ailəsinin e-mail və fotolarını oğurladığını bildirib.

Qaynar.info-nun məlumatına görə, oğurlanan e-maillər arasında Buş ailəsinin bəzi üzvlərinin ünvanları və şəxsi məlumatlarının olduğu deyilir.

Buşun sözçüsü Cim Mak Qrat məsələ ilə bağlı araşdırma aparıldığını və şərh verməyəcəklərini söyləyib.

Bundan başqa oğurlanan materiallar arasında prezident Barak Obama tərəfindən göndərilən şəxsi məktub da var.

Qaynar.info