İdman 14:59 09.12.2013

Bütün Avropa İbrahimovçin qolundan danışır - VİDEO


İsveçli futbolçu Zlatan İbrahimoviç Fransa çempionatında yenə möhtəşəm qola imza atıb.

Qaynar.info xəbər verir ki, "PSJ"nin "Soşo"ya 5-0 qalib gəldiyi oyunda İbrahimoviç atdığı qolla azarkeşləri heyrətə gətirib.

Oyunda hesab 3-0 olarkən "PSJ" 86-cı dəqiqədə cərimə zərbəsi qazanıb. Topa yaxınlaşan İbrahimoviç güclü zərbə ilə möhtəşəm qola imza atıb.

Qaynar.info