Foto 16:49 24.10.2017

Bütün dünya bu toydan danışır (FOTOLAR)

At yarışlarının əsas təşkilatçısı olmuş ingiltərəli Robert Sanqsterin oğlu Maks Sanqsterin toyu İngiltərə mediasının gündəminə çevirilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2 gün 2 gecə davam edən toy mərasimində Maks və sevgilisi İvi Lonqdon evlənib. İvi şəxsi alt paltarı markasına sahibdir.

İbiza adasında təşkil edilən toy mərasiminə 70 min funt pul xərclənib və dəvətlilər şəxsi təyyarə ilə buraya gətiriliblər. Mərasim mənzərəli oteldə və kilsədə baş tutub. Gəlinin "Zuhair Murad" markasına aid geyimi 12 min funta başa gəlib.

Gülşən
Qaynarinfo.Az