Foto 19:37 03.07.2018

Bütün metrolara giriş bağlandı: minlərlə insan metrolarda qalıb (FOTOLAR)

Azərbaycanda elektrik enerjisinin təchizatında yenidən problem yaranıb.

Qaynarinfo xəbər verir ki, Bakı və bir çox bölgələrdə elektrik enerjisi kəsilib.

Bakı Metropolitenin bütün stansiyaları bağlanıb. Minlərlə insan tunellərdə qalıb. Metropoliten onların təxliyyəsinə çalışır.

İşıqforlar işləmədiyi üçün nəqliyyatın hərəkətində problemlər yaranıb. DYP əməkdaşları hərəkəti tənzimləməyə çalışır.

Hündürmərtəbəli binalarda insanlar liftdə qalıb, ticarət mərkəzləri boşaldılır.
 
Bakıdakı əksər marketlər kassa aparatları işləmədiyi üçün satışı dayandırıb, yanacaqdoldurma məntəqələri və bankomatlar, ödəmə terminalları işləmir.
 
Bakı Nəqliyyat Agentliyi bütün marşrutlara sərnişinləri oulsyz daşımağı tapşırıb.