Dünya 10:09 03.11.2017

Böyük Piramidada yeni kəşf

Misirdə yerləşən Xeops Piramidasında yeni bir bölgə kəşf edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, kosmik şüalar vasitəsilə həyata keçirilən kəşf zamanı yeni otaq aşkara çıxarılıb. 19-cu əsrdən bəri piramidada kəşf edilən tək bölgə olan bu otağın hansı məqsədlə inşa edildiyi hələ qeyri-müəyyəndir. 

Bu günə qədər piramidada 3 otaq kəşf edilmişdi. Otaqlardan 1-i aşağı, 2-si isə üst mərtəbədə yerləşir.

Qeyd edək ki, 3800 il yaşı olan Xeops Piramidasının sirrləri hələ də tam aşkara çıxarılmayıb.

Gülşən
Qaynarinfo.Az