Ekonomiks 16:02 14.10.2013

Böyük şirkətlər adlarını hardan götürüb? - ARAŞDIRMA

Virtual aləmdə və texnologiyada nəhəngləşmiş markaların ad hekayələrini bilirsinizmi?

Qaynar.info klipler.tv-yə istinadən həmin hekayələri təqdim edir:


HP: 1939-cu ildə Palo Altoda bir qarajda qurulan "HP" şirkəti qarajda qurulan ilk texnologiya firması olma xüsusiyyətini də daşıyır. Hewlett Packardın qısaltması olan "HP" adı qurucuları Bill Hewlett və David Packardın soy adlarından gəlir.

Microsoft: Bill Gates və Paul Allen tərəfindən 4 aprel 1975 tarixində qurulan Microsoft adını "Microcomputer" (mikro kompüter) və "software" (proqram) sözlərindən götürüb.

Google: Stanford Universitetində oxuyan iki yoldaş Larry Page və Sergey Brin tərəfindən 4 sentyabr 1998-ci ildə qurulub. Larry Page və Sergey Brin googol sayından ilhamlanaraq axtarış mühərriklərinə "Google" adını veriblər.

Yahoo: 1 mart 1995-ci ildə Jerry Yang və David Flot tərəfindən qurulub. Açılımı "Chat Another Hierarchical Officious Oracle" olan Yahoonun azərbaycanca qarşılığı isə "Başqa bir hiyerarşik işgüzar kahin" şəklindədir. Sözün sonuna isə tələffüzündəki həyəcanı göstərməsi üçün nida qoyulub.

IBM: 1911-ci ildə ABŞ-da qurulan "IBM"-in açılımı "International Business Machines"dir. "IBM"in azərbaycanca qarşılığı isə "beynəlxalq iş maşınları" şəklindədir.

Facebook: 4 fevral 2004 tarixində Mark Zuckerberg tərəfindən qurulan Facebook adını ABŞ universitetlərində şagirdlərin, müəllimlərin və çalışanların doldurduğu "paper facebook" formalarından götürülüb.

Twitter: 15 iyul 2006 tarixində qurulan mikro-bloq saytı "Twitter" adını ingiliscə bir sözdən götürüb. Twitter ingilis dilidə "cəh-cəh" mənasını verir.

Apple: 1976-cı ildə qurulan Applenin adını necə seçdiyi mövzusunda bir çox iddia var. Ən çox qəbul görəni isə qurucularından Steve Jobsun möhkəm bir "Beatles" pərəstişkarı olduğu və əfsanə musiqi qrupu "Beatles"in val şirkəti "Apple Corps"un adından təsirlənib şirkətinə "Apple" adını verdiyi iddiasıdır.

Beko: İsrailli sərmayəçi "Bejerano" ilə "Koç Qrupu" bir sous və konserv fabriki üçün 1954-cü ildə qurduqları şirkətə soy adlarının ilk iki hərflərindən ibarət olan Beko (Bejerano-Koç) adını veriblər.

Dell: 4 noyabr 1984-cü ildə qurulan Dell adını qurucusu Micheal Dellin soyadından alıb.

Panasonic: 1918-ci ildə Yaponiyanın Osaka şəhərində qurulan şirkətin adı Matsushita olaraq 2008-ci ilə qədər istifadə edilib. Panasonic adı şirkətin 1955-ci ildə ixrac etdiyi dinamiklərə verdiyi ad idi.

Siemens: 1847-ci ildə Werner Von Siemens tərəfindən Berlində qurulan şirkət adını qurucusunun soyadından götürüb. İlk illərində teleqraf maşınları çıxaran Siemens indiki vaxtda bir çox sahədə fəaliyyət göstərən bir texnologiya markası olmağı bacarıb.